Accessibility links

Uilyam Börns: Dağlıq Qarabağ münaqişəsində status-kvo uzun müddət davam edə bilməz


Uilyam Börns: Dağlıq Qarabağ münaqişəsində status-kvo uzun müddət davam edə bilməz

Uilyam Börns: Dağlıq Qarabağ münaqişəsində status-kvo uzun müddət davam edə bilməz

Amerika və Azərbaycan təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar, qlobal çağırışlar, zorakı ekstremizmlə mübarizə və enerji marşrutlarının şaxələndirilməsi ilə bağlı danışıqlar aparıb.

ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns Azərbaycanda səfərdədir. O prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Cənab Börns görüşlərdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, o dövlət katibinin müavini Azərbaycana ikinci dəfə səfərə gəlib. “Ümid edirəm ki, mənim bu səfərim ötən il Azərbaycana səfər etmiş Dövlət katibi Hillari Klintonun səfərinin gücləndirilməsinə xidmət edəcək. Burada əsas fikir odur ki, Amerika-Azərbaycan əlaqələri dərin, mühüm və uzunmüddətlidir. İndi bu ideya əvvəllər olduğu qədər, aydın və həqiqət olaraq səslənir”.

O prezident Əliyevlə güclü ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi apardığını deyib. “Mən prezident Obama və dövlət katibi Klintonun bizim ikitərəfli münasibətlərə verdiyi önəmi bir daha vurğuladım. ABŞ-ın Azərbaycanda prioritetləri yenə də təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar olaraq qalır. Biz qlobal çağırışlarla birgə məşğul oluruq. Bunların arasında zorakı ekstremizmlə mübarizə və enerji marşrutlarının şaxələndirilməsi də var. Mən bir daha prezident Əliyevə Azərbaycanın Əfqanıstan da daxil olmaqla beynəlxalq təhlükəsizlik səylərinə verdiyi töhfəyə görə təşəkkürümü bildirdim”.

Dövlət katibinin müavini Azərbaycan prezidenti ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi barədə də söhbət edib. “Mən bir daha demokratik və iqtisadi islahatların əhəmiyyətini vurğuladım. Bu isə öz növbəsində Azərbaycan vətəndaşlarının dərin marağını kəsb edən məsələdir. Bu həm də xalqın uzunmüddətli tərəqqi, firəvanlıq və inkişafının bir elementidir. Vətəndaş cəmiyyəti liderlərinin dinamik qrupu ilə də görüşdüm. Onların fikrini eşitmək, bu fikir və ideyalara öz dəstəyimizi ifadə etmək imkanı əldə etdim”.

Onun fikrincə, Azərbaycan çox nəhəng və çox böyük potensiala malik ölkədir. “ABŞ bu potensialı reallaşdırmaq, həyata keçirmək işinə sadiqdir. Biz həmçinin qarşılıqlı hörmət və qarşılıqlı faydalı əlaqələrin qurulmasına sadiq ölkəyik. Dövlət katibi Hillari Klintonun ötən il qeyd etdiyi kimi, bizim dünya üzrə ən yaxın əlaqələrimiz öz vətəndaşlarının ümumbəşəri insan hüquqlarına və qanunun aliliyinə hörmət edən demokratik ölkələrlədir. Mən bir daha ölkəmin dediyim fikirlərə dəstəyini təsdiqlədim”.

O dövlət başçısı ilə görüşündə Dağlıq Qarabağ münaqişə tərəflərinə münaqişənin sülh yolu ilə həllində ABŞ-ın ən yüksək səviyyədə dəstəyini bir daha təsdiqləyib. “Biz Minsk qrupunun həmsədri kimi bu prosesdə çox fəal olmaqda davam edəcəyik”.

Cənab Börns Amerikanın Səsi radiosunun dövlət katibi Hillari Klintonun Bakıya səfərindən ötən müddətdə Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyətin müsbət və ya mənfi istiqamətdə dəyişməsi barədə sualının cavabında bildirib ki, demokratiya və insan hüquqları ilə bağlı ABŞ narahatlığını ifadə etməkdə davam edir.

“Biz yenə də inamımızı davam etdiririk ki, Azərbaycan xalqının öz dərin inamına əsaslanan bir məsələ var, qanunun aliliyi güclə ndirilsin, insan haqlarına hörmətlə yanaşılsın və güclü demokratik təsisatlar yaradılsın. Aydın şəkildə görünür ki, görüləsi işlər çoxdur. Amerika keçmişdə olduğu kimi demokratik və iqtisadi islahatlara dəstəyini bildirəcək”.

Dövlət katibinin müavini transxəzər qaz kəməri ilə bağlı Rusiya və İranın əks bəyanatları barədə suala cavabda deyib ki, Amerika Azərbaycanda güclü, rəqabətə davamlı enerji sektorunun dəstəklənməsini davam etdirir. “Biz ixrac və nəqliyyat marşrutlarının şaxələndirilməsini dəstəkləməkdə davam edirik. Hesab edirik ki, bu Azərbaycanın və qlobal iqtisadiyyatın marağında olan bir məsələdir. Müxtəlif İxrac və nəqliyyat marşrutları kəmərlərinin yaradılmasını müsbət hal kimi qiymətləndiririk”.

O Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualın cavabında bildirib ki, bu məsələ onun prezident Əliyevlə müzakirə etdiyi mühüm məsələlərdən biridir. “ABŞ Minsk qrupunun həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə çox güclü və fəal yanaşma nümayiş etdirir. Yanaşmamız ona əsaslanır ki, bu münaqişənin hərb yolu ilə həlli yolu yoxdur. İnanırıq ki, status-kvo uzun müddət davam edə bilməz. Bu məsələyə həmçinin çox vacib və təxirəsalınmaz məsələ kimi yanaşırıq. Gələn həftə Minsk qrupunun həmsədrləri yenə bölgəyə səfər edəcək. ABŞ hökuməti ən yüksək səviyyədə Minsk prosesini gücləndirmək və yeniləmək üçün əlindən gələni etmək işinə sadiq olaraq qalır. Biz Minsk qrupunun həmsədri olaraq öz məsuliyyətimizə çox ciddi yanaşırıq”.

XS
SM
MD
LG