Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi yeni səfir müavini Uilyam Gilin Azərbaycanda fəaliyyətinə başlamasını bəyan edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ-ın Dövlət Departamentində 1995-ci ildən çalışan cənab Gil ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır. Bakıya gəlməmişdən öncə o, Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə əməkdaş kimi çalışıb. Cənab Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə Şöbənın Direktor Müavini və Müvəqqəti Direktoru işləyib. 2007-2011 illərdə Milanda ABŞ konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15 000 amerikalının təxliyə əməliyyatını əlaqələndirib. O, Hindistan və Mərəkeşdə də fəaliyyət göstərib.

Yeni səfir müavini Fransız, Azərbaycan, İtalyan və Ərəb dillərində danışır.

Bundan öncə Azərbaycanda ABŞ səfirinin müavini Derek Hoqan olub.

XS
SM
MD
LG