Accessibility links

Uitni Hyuston torpağa tapşırıldı


Uitni Hyuston torpağa tapşırıldı
Uitni Hyuston torpağa tapşırıldı

Bu gün Qrammi mükafatı laureatı Uitni Hyustonun dəfn mərasimi onun anadan olduğu Nyu-Cersi ştatının Nyuark şəhərində təşkil edilib. Hyustonun cənazəsi şəhərin Babtist kilsəsində qoyulmuşdu. Onun uşaq vaxtı ifa etdiyi bu kilsəyə məşhur musiqiçilər toplaşaraq, Nyustona son ehtiramlarını bildirib. Dəfn mərasimi internet və televiziya ilə nümayiş etdirilb. Uitni Hyuston Nyu-Cersi qəbiristanlığında atasının yanında dəfn edilib.

48 yaşlı Uitni Hyuston Los Anjelesin Beverli Hills məhəlləsindəki mehmanxanada vəfat edib. Onun cəsədi vannada aşkar edilib. Hyustonun ölümünün səbəbi hələ açıqlanmayıb.

Hyustonun 170 milyondan artıq albomu, singli və videosu satılıb. Dünya şöhrətli müğənninin son illər nakotiklər və spirtli içkilərə aludəliyi onun karyerasına ciddi ziyan vurmuşdu.

XS
SM
MD
LG