Accessibility links

Uitni Hyuston irsi daimi ilham mənbəyi olacaq


Uitni Hyuston irsi daimi ilham mənbəyi olacaq
Uitni Hyuston irsi daimi ilham mənbəyi olacaq

Cənubi Kaliforniya universitetinin tələbələri Uitni Hyustonun onlara ilham verməkdə davam etdiyini deyirlər

Fevral ayının 11-də dünyasını dəyişən Uitni Hyuston doğma Nyu-Cersi ştatında dəfn edildi. Musiqiçi olamağa can atan Kaliforniya gəncləri onun musiqi sənəti və gözəl səsi barədə danışırlar. Cənubi Kaliforniya universitetinin tələbələri Uitni Hyustonun onlara ilham verməkdə davam etdiyini deyirlər.

Müğənni və bəstəkar, Cənubi Kaliforniya universitetinin tələbəsi Briyen Mur onun ilk valının Uitni Hyustonun mahnılarından ibarət olan val olduğunu və həmişə evlərində bu musiqiyə qulaq asdıqlarını deyir: “Mən ona qulaq asaraq böyüdüm. Mənim valideynlərim də həmişə ona qulaq asardılar və bu, çox cəlbedici idi.”

Lara Conston vocal fakültəsində oxuyur. O, Uitni Hyustonun səsinə məftun olduğunu deyir. “O, inanılmaz səsə malik idi. O, öz səsi ilə insanı çok edə bilirdi. Onun səsində bir şirinlik, bir incəlik var idi.”

Liliana De-Los Reyes də müğənnilik ixtisası üzrə təhsil alır. O da Hyustonun səhnə sənətinə valeh olduğunu deyir. “O, səsini ən aşağı, pıçıltı səviyyəsinə çatdıra bilirdi və dinləyicilər ona sükut içərisində qulaq asardılar. O, səhnədə idarəni tam əlinə ala bilirdi və mən buna heyran qalırdım.”

Lakin Uitni Hyuston şöhrətin təsirinə məruz qalaraq, narkotikə qurşandı və bu vərdişlə mübarizə aparmalı oldu. Onun ölümünə nəyin səsəb olduğunu isə araşdırmaların nəticələri göstərəcək. Lakin onunla çalışmaqdan zövq alanlar və onu tanıyanların xatirəsində Uitni Hyuston əvəzolunmaz sənətkar kimi qalacaq.

Piter Baron əfsanəvi proddyuser Kliv Deyvisin Arista Records-unda çalışıb. O, Uitni Hyustonun ilkin musiqi videolarının yaradıcılarından olub. “O, qəfildən musiqi dünyasına, videolar aləminə atıldı və bunun öhdəsindən peşəkarlıqla gəldi. Mən heç vaxt belə bir müğənni ilə işləməmişdim.” - deyə, Piter Baron bildirir.

Cənubi Kaliforniya universitetinin Populyar Musiqi Şöbəsinin dekan müavini Kris Sempson ulduzlara amansız təzyiqlərin olduğunu deyir. “Uğuru davam etidmrəyin, həvəskar bazasını qoruyub saxlamağın gətirdyii təzyiqlər ağırdır və mən bilirəm ki, adamlar bu təzyiqi hiss edirlər və onunla ayaqlaşmağa çalışırlar.”

Briyen Mur kimi yeni nəsl üçün Uitni Hyuston ilham mənbəyi olaraq qalacaq.

XS
SM
MD
LG