Accessibility links

Uitni Hyustonun dəfn mərasimi Nyuark şəhərində təşkil ediləcək


Uitni Hyustonun dəfn mərasimi Nyuark şəhərində təşkil ediləcək
Uitni Hyustonun dəfn mərasimi Nyuark şəhərində təşkil ediləcək

Müğənni Uitni Hyustonun dəfn mərasimi həftə sonu onun anadan olduğu Nyu-Cersi ştatının Nyuark şəhərində təşkil ediləcək. Hyustonun cənazəsi dünən özəl təyyarə ilə şəhərə gətirilib. Anonim mənbələr dəfn mərasiminin cümə günü Milli Xokkey Liqasının stadionunda keçiriləcəyini bəyan edib. İctimaiyyət üçün vida mərasimi cümə axşamı günü olmalıdır.

48 yaşlı Uitni Hyuston Los Anjelesin Beverli Hills məhəlləsindəki mehmanxanada vəfat edib. Onun cəsədi vannada aşkar edilib. Hyustonun ölümünün səbəbi hələ açıqlanmayıb.

XS
SM
MD
LG