Accessibility links

Uitni Hyustonun ölümü ilə bağlı tibbi ekspertizanın yekun nəticələri açıqlanıb

  • Amerikanın səsi

Fevral ayında otel otağının vannasında, qızmar suda boğulan Birləşmiş Ştatların məşhur müğənnisi Uitni Hyustonun ölümünün səbəbi ilə bağlı tibbi ekspertizanın son nəticələri açıqlanıb.

Kaliforniyanın Los-Anceles şəhərində aparılan tibbi autopsinin detalları bu gün açıqlanıb. Hesabatda 48 yaşlı, ürək xəstəliyi olan müğənninin lüks mehmanxanada kokain istifadə etdikdən sonra vannada təsadüfən boğulduğu deyilir.

Hesabatda Uitni Hyustonun cəsədinin 30 sm dərinlikdə, 30 dərəcə selsi istiliyi olan suda üzüqoylu aşkar edildiyi bildirilir. Polisin vanna otağındakı güzgünün qarşısından ağ rəngli toz və balaca qaşıqda kristalabənzər maddə aşkar edildiyini deyir. Bundan əlavə, Hyustonun qaldığı otaqdan marixuana və reseptlə alınan dərmanlar aşkar edilib.






XS
SM
MD
LG