Accessibility links

Ukrayna jurnalistləri etirazlarını bildirir


Ukraynanın baş naziri Mikola Azarov jurnalistlərə edilən fiziki təzyiqlərə görə bu gün səssiz etiraz yürüşü keçirən yerli jurnalistlərin hökumətin keçirdiyi yığıncaqları işıqlandırmalarına göstəriş verib.

Kabinet yığıncağı zamanı video-kamera qarşısına çıxan baş nazir Azarov ona və digər işçilərə arxalarını çevirən jurnalistlərə müraciət edərək. "bu nə şoudur?" deyib.

Hökumət işçilərinə arxalarını çevirən jurnalistlərin kürəklərində "bu gün qadın jurnalistlər döyülür, sabah isə sizin həyat yoldaşlarınız, bacılarınız, qızlarınız döyüləcək. Bir iş görün!" sözləri yazılıb.

Jurnalistlər keçən həftənin şənbə günü Kiyevdə keçirilən nümayiş zamanı prezident Viktor Yanukoviç tərəfdarları və ona əleyhdarları arasında baş verən qarşıdurmada iki jurnalistə edilən hücumlara görə etirazlarını bildirir.
XS
SM
MD
LG