Accessibility links

Ukraynada prezidenti vəzifəsini icra edən Oleksandr Turçinov sərhəddə toplanmış rus qoşunlarının mümkün müdaxiləsinə qarşı Ukrayna ordusunun tam döyüş vəziyyətinə gətirildiyini deyib.

Bu gün Kiyevdə nazirlərlə görüşü zamanı Turçinov deyib ki, Rusiyanın Ukrayna ilə müharibəyə başlaması real təhlükədir. Bu bəyanat Rusiya tərəfdarlarının Ukraynanın şərqində daha bir hökumət binasını ələ keçirməsindən sonra verilib.

Rusiya tərəfdarı silahlılar bu gün səhər tezdən 260 min əhalisi olan Qorlovkanın Şəhər Şurası binasını nəzarət altına alıb. Polisin bildirdiyinə görə, rusiyapərəst silahlılar şəhərdəki regional polis idarəsini də ələ keçirib.

Bu həftənin əvvəlindən yüzlərlə separatist Rusiya ilə sərhəd yaxınlığındakı hökumət binasını ələ keçirib ki, buraya Luqansk şəhərinin prokurorluğu və Donetsk şəhərinin nəzarəti də daxildir. Ukraynadan ayrılıb Rusiyaya birləşmək məqsədilə Donetsk şəhərində referendum may ayının 11-nə təyin olunub.
XS
SM
MD
LG