Accessibility links

Ukrayna: Nə qədər ki, hücumlar davam edir, ağır texnikanı cəbhə xəttindən çıxarmayacağıq


Ukrayna hərbi qüvvələri rusiyapərəst döyüşçülərin hucumları davam etdiryinə görə atəşkəs razılığına zidd olaraq, ölkənin şərqindən ağır texnikanı çıxarmayacağıni bildirib.

Rəsmilərin bugünkü bəyanatında deyilir ki, hücumlar davam etdiyi müddətdə silahların çıxarılması mümkün deyil.

Bazar günü dəfələrlə pozulan atəşkəsin həyata keçirilməsi məqsədilə hər iki tərəf ön cəbhədən ağır texnikanı çıxaracağını bildirmişdi.

Mediannın ordu rəsmilərinə istinadən bildirdiyinə görə, üsyançılar ağır texnikanı fevralın 22-dən başlayaraq, qarşıdan gələn iki həftə ərzində çıxaracağı barədə razılığa gəlib.

Əldə olunmuş ratəşkəsin qüvvəyə minməsi üçün ağır texnikann təmas xəttindən çxıarılması əsas şərtdir.

Bazar günü əldə olunan atəşkəs razılığı əsir mübadiləsindən sonra baş tutub. Separatçılar 52 yaraqlının müqabilində Ukraynaya 139 əsgər qaytarıblar.

XS
SM
MD
LG