Accessibility links

ABŞ vitse-prezidenti Co Bayden Ukraynadadır [Yenilənir]


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Ukraynada gərginliyin azaldılması ilə bağlı razılığa baxmayaraq ölkənin şərqində davam edən zorakılıqlar barədə müzakirələr aparmaq üçün Ukraynaya yola düşüb. Artıq Ukraynada olan cənab Bayden müvəqqəti prezident və baş nazirlə görüşəcək.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, Co Bayden Konstitusiya islahatları ilə bağlı beynəlxalq ictimaiyyətin Ukraynaya yardımı məsələsini müzakirə edəcək. O, habelə Obama administrasiyasının may ayının 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin azad və ədalətli olması barədəki istəyinə aydınlıq gətirəcək.

Görüş zamanı Ukraynanın şərqində Pasxa bayramı münasibətilə bir neçə saat davam edən atəşkəsin sona çatmasından əvvəl Rusiyapərəst Slavyansk şəhərindəki atışma ilə bağlı müzakirələr aparılacaq. Slavyansk şəhərindəki atışma zamanı 3 nəfərin öldüyü bildirilir.

Ukrayna hücumun Rusiyanın xüsusi qüvvələri tərəfindən həyata keçirildiyini bildirib. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna hökumətini silahsız vətəndaşlara atəş açan ekstremistlərin qarşısını almamaqda ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG