Accessibility links

Ukraynanın şərqində döyüşlər şiddətlənib [Video]


Ukraynanın şimal Donetsk və Luqansk bölgələrində insanlar irəliləməkdə olan rusiyapərəst üsyançıların təzyiqləri ilə üzləşir. Yerli əhalinin bir hissəsi narahatlıq və qorxu içərisində yaşadığı bir vaxt, digər qismi üsyançıların atdığı bombalar məhəllələrinə düşsə belə, onları salamlamağa hazırdır.

Bu evə rəsmilərin dediyinə görə, Rusiyada istehsal olunan “Qrad” raketi düşüb. Raket düşəndə Valentina evdə olub. O, nəyinsə başına dəydiyini və yerə yıxıldığını, heç nə görməsə də qapıya tərəf süründüyünü xatırlayır. “Mən həyətə çıxanda artıq heç bir şey qalmamışdı. Ev yox idi, heç nə yox idi. Mən şokda idim, çünki mən bu evdə böyümüşdüm. Bu mənim valideynlərimin evi idi. Bu evi atam öz əlləri ilə tikmişdi.”

Valentinanın həyat yoldaşı Yuri əlində raketin bir parçasını tutub. O, artıq böyük parçaların rəsmilər tərəfindən götürüldüyünü deyir. “Mən arvadımın necə sağ qaldığını bilmirəm. Bu bir möcüzədir. Bu dairə elə bil cəbhə xəttidir.”

Yuri ilə Valentina şəhərin başqa yerinə köçməli olublar. Lakin Valentina deyir ki. o, buradan uzağa getməyəcək. “Mən öz torpağımdan heç yerə köçən deyiləm. Burada mənim valideynlərin dəfn olunub. Mən burada anadan olmuşam, burada böyümüşəm. Mən heç vaxt buranı tərk etmərəm.”

Küçənin o başında dəlil toplamaq üçün gəlmiş Ukrayna rəsmiləri və jurnalistlər mübahisə yaradır. Bəzi qonşular üsyançıların buraya gəlməsini istəyir. Nikolay uşaqlarını Rusiyaya, təhlükəsiz yerə göndərib. “Biz sizdən qərbdən buraya gəlmənizi xahiş etmirik. Bu sizing öz işinizdir. İstəyirsiniz kilsəyə gedin, özünüz bilin, haraya istəyirsiniz gedin. Biz bunu isətyirik. Biz burada qalıb, burada işləmək istəyirik. Bizə başqa bir şey lazım deyil.”

Onun qonşusu Alla geriyə, keçən yay müharibə başlamazdan əvvəl olduğu yerə gəlmək istəyir. “Biz ruslar və ukraynalılar bir yerdə, qarışıq yaşayırdıq. Sənin anan ukraynalı, atan rus ola bilərdi. Ruslar buraya gəlib Donbas şaxtalarını təmir edirdi. Hər şey qaydasında idi. Biz sülh istəyirik, sülh, yalnız sülh.”

Fəhlələr isə bələdiyyə binasına zədə dəyməməsi üçün dama və pəncərələrə örtüklər qoyur. Bələdiyyə işçisi Natalya: “Mən çox qorxuram, Ancaq nə edə bilərik? Biz yaşayırıq, bizim getməyə yerimiz yoxdur, ona görə də biz burada yaşamalı və işləməliyik. Biz bombalar altında işləyirik. Qorxuludur.”

Digər bələdiyyə işçisi Olqa isə deyir ki, o buradan gedə bilər, getməyə yeri də var. “Lakin getmərəm, mənim burada valideynlərim var. Çətin də olsa, mən uşaqları göndərmişəm,” deyə, Olqa bildirir.

Papasna meydanının mərkəzində hələ də Leninin heykəli durur. Qışın şaxtası buradakı əhval-ruhiyyəni bir qədər də sıxıntılı edir. Siyasi baxışlarından asılı olmayaraq, sakinlər bir vaxtlar xəbərlərə çıxmayan şəhərlərinə fundamental dəyişikliyin gəldiyini hiss edir.

XS
SM
MD
LG