Accessibility links

Baş qərargahı Birləşmiş Ştatlarda yerləşən insan haqları qrupu Human Rights Watch həm hökumət, həm də üsyançı qüvvələrin Ukraynanın şərqində yanvar və fevral aylarında kaset bombalardan istifadə etdiyini bildirir. Nəticədə 2-si uşaq olmaqla, azı 13 nəfər həlak olub.

Human Rights Watch bildirib ki, münaqişə tərəflərinin heç biri bu kimi silahdan istifadə edə bilməz və bunun müharibə cinayət olduğunu deyib.

İnsan haqları qrupunun sözçüsü deyib ki, bu bombalar partlayarkən böyük əraziyə xəsarət yetirməklə yanaşı,hücumdan sonra da partlamayan hissələr mülki vətəndaşların həyatlarına hədə törədir.

Qrup belə bir bəyanatla Ukraynanın şərqində 10 gün apardığı təhqiqatdan sonra çıxış edib. Yanvar ayının 23-dən fevralın 12-nə qədər 7 kənd, şəhər və qəsəbələrdə aparılan araşdırmalar zamanı qrup kaset bombalarının istifadə edildiyinə dair sübutlar əldə edib.

XS
SM
MD
LG