Accessibility links

Ukrayna ordusu 50-dən çox Rusiyapərəst separatçını öldürüb [Fotoqalereya]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı ölkənin şərq bölgəsində Rusiya tərəfdarı separatçılara qarşı hərbi əməliyyatları təcili olaraq dayandırmağa çağırıb. Cənab Lavrov bu gün Rusiyanın Ukraynadakı böhrana sülh yolu ilə son qoyulmasına dair danışıqları dəstəklədiyini deyib.

Donetsk şəhərinin hava limanına hücum edən separatçılarla döyüşlərin davam etdiyi bildirilir. Ukraynanın daxili işlər naziri Arsen Avakov döyüşlərin getdiyi bölgənin Ukrayna ordusunun tam nəzarəti altında olduğunu deyib.

Verilən məlumatlarda 50-dan çox üsyançının öldürüldüyü bildirilir. Donetsk şəhərinin merinin bildirdiyinə görə isə ikisi mülki vətəndaş olmaqla, döyüşlər zamanı 40-dan çox insan öldürülüb.

Bazar günü prezident seçkilərində qalib gələn milyardçı Petro Poroşenko sülhün danışıqlar yolu ilə əldə edilə biləcəyini deyib və separatçıları terrorçu adlandıraraq, silahdan yalnız onlara qarşı istifadə edilməli olduğunu bildirib.
XS
SM
MD
LG