Accessibility links

Bazar günü ukraynalılar fevral ayında devrilmiş prezident Viktor Yanukoviçi əvəz edəcək yeni prezidentə səs verəcəklər. Çoxları yeni seçiləcək prezidentin Rusiya və ölkənin şərqindəki separatçılarla münasibətlərdəki gərginliyi azaldacağına ümid edir.
Mən həqiqətən də Ukrayna cəmiyyətinin siyasi, iqtisadi, hüquqi, hətta etik baxımdan islahatlar aparmaqla Avropaya bənzər bir ölkəyə çevriləcəyinə ümid edirəm.
Əgər çadır düşərgələri və barrikadalar olmasaydı, cəmi üç ay əvvəl Kiyev Maydanındakı etirazların prezidentin devrilməsinə gətirib çıxardığına inanmaq çətin olardı. İnsanlar üçün bazar günü keçiriləcək seçkilər adi seçkilər deyil.

Ukraynalı alim Aleksandr deyir: “Mən həqiqətən də Ukrayna cəmiyyətinin siyasi, iqtisadi, hüquqi, hətta etik baxımdan islahatlar aparmaqla Avropaya bənzər bir ölkəyə çevriləcəyinə ümid edirəm.”

Səhiyyə işçisi İrina isə ölkədə çox çirkli işlərin üstünün örtülü qaldığını, lakin Ukraynanın demokratik və ədalətli bir ölkə olacağına inandığını deyir.
Petro Poroşenko

Petro Poroşenko

Ukraynada prezidentliyə namizədliyini 19 nəfər irəli sürüb. Lakin təhlilçilər onlardan cəmi ikisinin qalacağını deyir. Sabiq baş nazir Yuliya Timoşenko fevral ayında siyasətə dramatik dönüş etdi. Fırıldaqçılıq ittihamı ilə həbsdə olmasına baxmayaraq, o, liderdir. Sabiq xarici işlər və iqtisadiyyat naziri Petro Poroşenko Maydanda gedən nümayişlərdə aparıcı rol oynayırdı. Konfet istehsalı ilə məşğul olan milyarder Poroşenko həm də Qərbpərəstdir. Lakin təhlilçilər Rusiya prezidenti Vladimir Putinin Poroşenko ilə işləməyə üstünlük verdiyini deyirlər.

Kiyevin Rozumkov Mərkəzindən prezidentliyə namizəd sosioloq Andrey Bayçenko deyir: “Ukraynanın növbəti prezidenti Petro Poroşenko olacaq. Bunun qarşısını alacaq yeganə şey seçkilərin iflası olardı.”
Yuliya Timoşenko

Yuliya Timoşenko

Lakin bu məsələdə bəzi narahatlıqlar var. Rusiya tərəfdarı separatçılar Ukraynanın şərqində Ukrayna hərbi qüvvələrinə hücumlarını və hökumət binalarını ələ keçirməyi davam etdirir. Çərşənbə günü separatçılar Ukraya hərbi qüvvələrinə hücum edərək, azı 13 əsgər öldürdü.

Ukrayna ordusunun komandiri Konstantin Maşovets bu hücumun çox yalnız Rusiyanın xüsusi təyinatlı qüvvələri tərəfindən edilə biləcəyini deyir.“Seçkilər mayın 25-dir və əlbəttə ki, biz bütün Ukrayna boyu təhlükəsizliyi təmin edə bilməyəcəyik. Yəqin ki, ordunun da iştirakı yaxşı olardı.”

Hökumət rəsmiləri səsvermədə maneələr olacağını, lakin şərq bölgələri də daxil olmaqla, seçkilərin normal keçəcəyini təxmin etdiklərini deyirlər.
XS
SM
MD
LG