Accessibility links

Avropa İttifaqı ukraynalılar üçün vizaları ləğv etməyə söz verib

  • Amerikanın səsi

Avropa İttifaqı ukraynalılar üçün vizaları ləğv etməyə söz verib

Avropa İttifaqı ukraynalılar üçün vizaları ləğv etməyə söz verib

Ukrayna prezidenti Viktor Yanukoviç Avropa İttifaqı liderlərindən ittifaq ölkələrinə səfər edən ukraynalılar üçün qısa müddətli vizaların aradan qaldırılması məqsədilə planın hazırlanacağı haqda vədini ala bilib. Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso planı bu gün elan edərək, deyib ki, Avropa İttifaqı Ukrayna ilə siyasi və iqtisadi baxımdan daha artıq inteqrasiyaya çalışır. Cənab Yanukoviç fevral ayında ölkə prezidenti olduqdan sonra bu gün Avropa İttifaqı və Ukrayna arasında illik toplantıda birinci dəfədir iştirak edir. Lakin Ukrayna Brüsseldə bu diplomatik qələbəni Kiyevdə minlərlə insanın hökumətin xırda və orta bizneslər üçün vergilərin artırılması planına etiraz nümayişləri keçirdiyi fonda əldə edib.

XS
SM
MD
LG