Accessibility links

BMT Ərzaq Agentliyi Ukraynaya yardımın artırılacağı barədə bəyanat verib [Video]


Ukraynalılara ərzaq çatdırılacaq
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Ukraynalılar Kiyevdəki nümayişlərin rusiyapərəst prezidenti devirməsinin və ölkənin rusdilli şərq bölgəsində münaqişənin başlamasından sonrakı dönəmin birinci ilini yaşayır. Müharibənin 5600 nəfərdən çox insanın həyatına son qoyması və dağıntılardan sonra ölkədə siyasi və iqtisadi böhran yaşanılır.

Keçən ilin fevral ayında Kiyev Maydanında keçirilən etirazlar zamanı yüz nəfərə qədər etirazçı öldürüldü. Həlak olanları “cənnətlik yüz” adlandıranlar indi onlarsız yaşamağa çalışır. Öldürülənlərdən Volodimir Boykovun həyat yoldaşı Natalya Boykova: “Mən həy şeyi xatırlayıram, onun hər hərəkətini, gülüşünü, dediyi hər sözü. Çox çətindir, lakin həyat davam edir. Bizim uşaqlarımız var və biz yaşamalı, mübarizə aparmalıyıq.”

İqor Kulçitski keçən il keçirilən nümayişlərdən sağ qurtula bilib. Lakin onun atası, Ukrayna ordusunun generalı Volodimir bir neçə ay sonra, ölkənin şərqində Rusiyapərəst separatçıların vertolyotu vurub saldığı zaman ölüb. “Allah ona müharibədə ölməyi qismət etdi. Deməli, belə olmalı idi. Əhəmiyyətli olan budur ki, bu, səbəbsiz olmamalıdır.”

Keçən həftə əldə edilən atəşkəs razılığına baxmayaraq, üsyançılar Ukraynanın şərqindəki əsas bölgələrin nəzarətini ələ almaq uğrunda döyüşləri davam etdirir. Həmin bölgələrdəki mülki vətəndaşlar isə qorxu, soyuq və aclıq içərisində yaşayır. Mikolayevka sakini İvan: “Burada bir qadın ölmüşdü. Onun bədəni parça-parça idi. 14 nəfər ölmüşdü.”

Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki böhran bir milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub. BMT Ərzaq Agentliyi Ukraynaya yardımın artırılacağı barədə bəyanat verib. “Biz Ukraynadakı əməliyyatlarımızı genişləndirmək qərarına gəlmişik və yaxın zamanda oradakı yardımımızı 190 min insana çatdırmalıyıq, çünki onlar hələ də evlərini tərk edir, sığınacaqlarda ağır şəraitdə yaşayırlar. Bizim işçilərimiz dəmir yol vağzalında və vaqonlarda yatan insanları görüb” deyə, təşkilatdan Ceyn Hovard bildirir.

Dünya Ərzaq Proqramı təşkilatı regionda ərzaq qiymətlərinin kəskin şəkildə artdığını bildirib. Süd və çörəyin qiyməti 30 faiz, ət və pendirinki isə 70-80 faiz artıb. İrina kimi Kramatorsk şəhərinun digər sakinləri isə ərzaq çeklərinin ümidinə qalıb. “Vaxtilə bizim ölkə kimi varlı bir ölkənin indi kiminsə yardımına ehtiyacı var. Bu necə olur?”

Dünya Ərzaq Proqramı təşkilatı ərzaq çeklərini nisbətən dinc bölgələrdə yaşayan sakinlərə paylayır. Döyüşlərə yaxın bölgələrdə yaşayanlara isə ərzaqla yardımı göstərir. Təşkilatın sözçüsü Abir İtifa: “Bu, okeanda bir damladır. Tələbat çox böyükdür. Hazırda biz atəşkəsə ümid edirik və bundan sonra döyüş bölgəsində yaşayan 60 mindən çox insana ərzaq çatdırmalıyıq.”

Ukrayna prezidenti Petro Poroşenko döyüş bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırır.

XS
SM
MD
LG