Accessibility links

Ukraynada qazın qiyməti 50 faiz artırılır


Ukraynanın baş naziri Mikola Azarov

Ukraynanın baş naziri Mikola Azarov

Baş nazir Mikola Azarov deyib ki, Beynəlxalq Valyuta fondundan 14,9 milyard dollar məbləğində kretidin alınması üçün buna başqa alternativ olmayıb.

Ukrayna hökuməti avqust ayının birindən etibarən yaşayış binalarında məişət qazının qiymətinin 50 faiz artırıldığını elan edib.

Bu gün nazirlər kabinetinin televiziyada yayımlanan iclasında baş nazir Mikola Azarov deyib ki, Beynəlxalq Valyuta fondundan 14,9 milyard dollar məbləğində kretidin alınması üçün buna başqa alternativ olmayıb. Cənab Azarovun fikrincə, kreditin şərtlərini Beynəlxalq Valyuta Fondu diktə edir. Bu isə hökumətə müştərilərə subsidiyaların kəsilməsindən başqa seçim qoymur.

Dövlət Enerji komissiyası bildirib ki, qaz haqqı istifadəçilər üçün və yaşayış binalarını qazla təmin edən şirkətlər üçün artırılır.

Bununla belə, sənaye şirkətləri üçün əsas etibarilə Rusiyadan alınan qazın qiyməti artırılmayacaq.

XS
SM
MD
LG