Accessibility links

Ukraynada separatçılar səhiyyə böhranı ilə üzləşirlər [Təhlil]


Rusiyapərəst separatistlər Sovet diktatoru İosif Stalinin portrei qarşısında şəkil çəkdirirlər. Sergey Prokofiyev Beynəlxalq Aeroportu, 18 noyabr, 2014.

Rusiyapərəst separatistlər Sovet diktatoru İosif Stalinin portrei qarşısında şəkil çəkdirirlər. Sergey Prokofiyev Beynəlxalq Aeroportu, 18 noyabr, 2014.

Ukrayna hökuməti Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan bölgələrdəki xəstəxana və tibb ocaqlarına maliyyəni dayandıracağı ilə hədələyir. Bu, normallıq intizarında olan yerli sakinləri çox narahat edir.

Özünü "Donetsk Xalq Respublikası" adlandıran qurumun səhiyyə naziri, böyrək üzrə mütəxəssis Viktor Kuçkovoy deyir ki, xəstələrinin çoxu Moskva tərəfdarıdır.

Üsyançıların nəzarətində olan bölgələrdə çox sayda həkim və tibb işçisi artıq aylardır maaş almır.

Ukrayna hökuməti ölkənin üsyançıların əlində olan şərq bölgəsindəki tibb ocaqları və oradakı həkimlərin maaşlarını kəsəcəyini bildirib. Bu isə Donbas region sakinlərinin narazılığına səbəb ola, tibb və digər ictimai müəssisələrin Rusiyapərəst üsyançıların nəzarətindən çıxmasına yol aça bilər. Kiyevə də elə bu lazımdır.

Səhiyyə naziri üsyançıların ixtisarlara hazır olduqlarını və öz resurslarını artırmağa çalışdıqlarını deyir. Nazir 193 tibb ocağına və əsasən Rusiyadan gələn humanitar yardıma nəzarət etdiyini, artıq 15 min xəstəyə yardımın hazır olduğunu və bu rəqəmin 20 minə çatdıralacağını bildirir.

Könüllülər və həkimlər maşından tibbi ləvazimatları boşaldırlar. Artyomovsk, 18 sentyabr, 2014.

Könüllülər və həkimlər maşından tibbi ləvazimatları boşaldırlar. Artyomovsk, 18 sentyabr, 2014.

Nazir Kiyevin bu haqda bəyanatından əvvəl də artıq Ukrayna hökumətinin şərqə dəstəyi azaltdığını deyir. “Üsyançıların nəzarətində olan bölgələrdə çox sayda həkim və tibb işçisi artıq aylardır maaş almır,” deyə nazir bildirir.

Bu həftə Donbasın bəzi sakinlərinin separatçılarla Kiyev arasındakı gərginliyə qarşı olduqları nəzərə çarpıb. Əsasən qadınlar və pensiyaçılar olmaqla, bir qrup insan separatçılara qarşı etiraz aksiyasına çıxıb. “Aclıq etirazları” adlanan piketlər kiçik şəhərlərdə təşkil olunub.

Bazar ertəsi Sverdlovsk şəhərində 2000-ə yaxın insanın separatçılara qarşı iştirak etdiyi nümayişdə Ukraynanı dəstəkləyən plakatlar qaldırılıb. Sakinlər özlərini könüllü adlandıran şəxslərdən və Rusiya hərbçilərindən şəhəri tərk etməyi tələb ediblər.

Donetsk və Luqansk regionunda baş qaldıran humanitar böhrana görə Kreml cavabdehdir. Rusiya ordusu Ukrayna ərazilərini tərk edən kimi Donbas normal həyatına dönəcək.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu gün Ukrayna hökumətinin ictimai xidmətlərə maliyyəni dayandırmaq barədəki qərarını müdafiə edib. Özünün Facebook səhifəsində baş nazir bütün baş verənlərdə Rusiyanı ittiham edir. O, yazır: “Donetsk və Luqansk regionunda baş qaldıran humanitar böhrana görə Kreml cavabdehdir. Rusiya ordusu Ukrayna ərazilərini tərk edən kimi Donbas normal həyatına dönəcək.”

BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində başlayan böhran artıq dörd mindən çox insanın həyatına son qoyub, 10 mindən çox insan isə yaralanıb.

XS
SM
MD
LG