Accessibility links

Ukraynada nümayişçilər daxili işlər nazirinin istefasını tələb edir


Ukraynanın siyasi elitasının xərclərini sənədləşdirən müxalifətçi jurnalistin vəhşicəsinə döyülməsindən sonra bu gün nümayişçilər daxili işlər nazirinin istefasını tələb edib.

Jurnalist Tatyana Çornovilsin zorakılıq izləri olan üzünün şəkillərini tutan yüzlərlə etirazçı Daxili İşlər Nazirliyinin qarşısına toplaşıb. Artıq bir aydan çoxdur Ukraynanın Avropa Birliyi ilə deyil, Moskva ilə yaxınlaşmasına qarşı olan nümayişləri 34 yaşlı jurnalistə edilən hücum daha da hiddətləndirib.

Ölkədə etiraz nümayişlərinin davam etməsinə baxmayaraq, Rusiyanın Ukraynaya 15 milyard dollar maliyyə yardımı söz verməsindən sonra Kiyev küçələrinə çıxanların sayı azalmağa başlayıb

XS
SM
MD
LG