Accessibility links

NATO-nun xarici işlər nazirləri Rusiyanın Ukraynanın Krım regionuna müdaxiləsinə ciddi münasibət göstərmək məqsədilə bu gün Brüsseldə görüşürlər. Bu, Ukraynadakı böhrandan bəri NATO-nun ilk yüksək səviyyəli toplantısıdır.

Bu arada NATO Baltik regionunda hava nəzarətini artırıb. Birləşmiş Ştatlar isə Polşada hərbi təlimlər keçirməyi planlaşdırır.

Diplomatların fikrincə nazirlər NATO-nun bölgədə hərbi mövcudluğunu gücləndimək məqsədilə Şərqi Avropada, Rusiya sərhədlərinə yaxın ərazilərdə daimi bazaların yerləşdirilməsi haqda qərar qəbul edə bilərlər.

Rusiyanın bazar ertəsi yüzlərlə əsgərini Ukrayna ilə sərhədlərdən çıxarmasına baxmayaraq, on minlərlə əsgəri hələ də oradadır.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiyanın rusiyalı həmkarı Sergey Lavrova rus ordusunun Ukraynada "qorxu iqlimi" yaratdığını deyib.
XS
SM
MD
LG