Accessibility links

Kiyevdə polislə qarşıdurma zamanı 3 nümayişçi ölüb [Fotoqalereya]


Ukrayna rəsmilərinin bildirdiyinə görə, paytaxt Kiyevdə polislə nümayişçilər arasında baş verən qarşıdurma zamanı 3 nümayişçi ölüb. Nümayişçilərdən ikisinin isə güllə ilə vurularaq yaralandığı bildirilir.

Bu gün etirazçılar qurduqları çadırları gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa çalışan polisə qarşı daş və əldəqayırma qumbaralardan istifadə edib.

Prezident Yanukoviçin xalqın iradəsinə zidd olaraq Avropa Birliyi ilə ticarət sazişini imzalamaması hökumət əlehdarı nümayişçilərin Kiyev və Ukraynanın digər şəhərlərində kütləvi etirazlarına səbəb olub.
XS
SM
MD
LG