Accessibility links

Ukrayna müxalifəti ilə hökumət arasında danışıqlar heç bir nəticə verməyib [Fotoqalereya]


Keçən gecə Ukrayna hökuməti ilə heç bir nəticə verməyən danışıqlardan sonra müxalifət bu gün səhər tezdən şəhərin mərkəzi meydanında yeni barikadalar qurub.

Müxalifət lideri, boks üzrə keçmiş dünya çempionu Vitali Kliçko deyib ki, digər müxalifət liderlərinin də iştirakı ilə prezident Viktor Yanukoviçlə saatlarla davam edən müzakirələrdə heç bir razılıq əldə edilməyib.

Bir gün əvvəl Kiyevin Azadlıq Meydanında nisbi sabitlikdən sonra nümayişçilər bu gün etirazlarını davam etdiriblər. Etirazçılar günlərdir davam edən zorakılıqlardan sonra əlavə barikadalara ehtiyac olduğunu deyib.

Çərşənbə günü polislə qarşıdurma zamanı azı 3 etirazçı ölüb.
XS
SM
MD
LG