Accessibility links

Ukrayna böhranı Türkiyə tərəfindən yaxından izlənilir. Xüsusilə də tatarların məskunlaşdığı Krım yarımadasındakı vəziyyət.


Bu yaxınlarda Ankarada təşkil edilən etiraz aksiyası zamanı “Russlar Krımdan çıxın” kimi şüarlar səsləndirilib.

Bu gün Krımda baş verənlər bizi çox qorxudur



Türkiyənin Krım Tatarları Milli Parlamentindəki türk təmsilçisi Zafer Karatay nümayiş zamanı Rusiyanın Krımdakı hərbi mövcudluğunu tənqid edib. “Tarix təkrarmı olunur? Krım türkləri və tatarları qəsdənmi qəbrə göndərilir? Bu gün Krımda baş verənlər bizi çox qorxudur.”

Ankara nümayişi Türkiyədə keçirilən aksiyaların yanız biridir. Türkiyədə böyük etnik azlıq olan tatarlar bir çox nümayiş keçirib.

Daha çox daxili problemlərə yer vevən Türkiyə mediasında da Krım böhranına geniş yer verilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu gərginliklər baş qaldırdıqdan sonra Ukrayna və Krıma səfər edən ilk xarici nümayəndələr arasında olub.

Əzab çəkən qardaşlarımıza yardıma ilk biz gedəcəyik
Krım tatarlarının yerli nümayəndələri ilə görüşən Davutoğlu hadisələrin Türkiyə tərəfindən diqqətlə izləndiyini deyib. “Baş nazirimiz və prezidentimizin Krım və ya dünyanın başqa yerində baş verən bu kimi məsələlərə biganə qalacağını ağlınıza belə gətirməyin. Əzab çəkən qardaşlarımıza yardıma ilk biz gedəcəyik, əlimizdən gələni əsirgəməyəcəyik.“

İstanbulun Texniki Universitetindən Umut Üzerin dediyinə görə, türklərlə tatarlar arasında sıx bağlılıq var. "18-ci əsrədək Krım Osmanlı İmperiyasının tərkibində olub. Bu bölgə türk xalqı və müsəlman xalqı ilə bərabər bizim region hesab edilir. Xarici işlər nazirinin regiona səfər etməsi Krım tatarlarının taleyi ilə bağlı maraqlara əsaslanır."

Hazırda yerli seçkilərlə bağlı kampaniyalara başı qarışan Türkiyənin hakim partiyasının tərəfdarları türkdilli xalqların taleyinə biganə deyil. Buna görə hökumət tatarlara böyük dəstək nümayiş etdirir.

Etnik tatarların isə Ədalət və İnkişaf Partiyasına dəstək verəcəyi gözlənilir.

Rusiyadan enerji asılılığı və Suriyaya görə yaranmış soyuqluq Türkiyənin mövqeyinə təsir göstərəcək.

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu gərginlikləri azaltmağa çalışaraq, Krıma görə Ankara ilə Moskva arasında böhran yaranmasına yol verilməyəcəyini deyib.

Təhlilçilər bildirir ki, Ankara Ukraynanın dərinləşən böhranı ilə bağlı ehtiyatla davranmalıdır.
XS
SM
MD
LG