Accessibility links

Balaca qəhrəman [Video]


Ukraynada aldığı ağır yanıqlarla Birləşmiş Ştatlara gətirilən və burada müalicə alan 9 yaşlı uşaq artıq vətənə dönüb. Volodya Bubela keçən il evdə baş verən yangın zamanı yanıb və doqquz aydan çox Bostondakı Şrayner Uşaq Xəstəxanasında müalicə olunub. O, öz cəsarəti ilə həkimləri heyran etdi.

Doqquz yaşlı Volodya Bubela çox sevdiyi oyuncaq ayıları göstərir. Onların adı Edik və Supermendir. Volodya Edikin onunla xəstəxanaya getmək istəmədiyini, Supermenin isə evdə qalaraq insanlara necə kömək etməyi öyrənəcəyini deyir.

Volodya xilas edildi, lakin supermenlər tərəfindən deyil, Bostondakı Şrayner Uşaq Xəstəxanasının həkimləri tərəfindən. Keçən ilin may ayında yanan Volodyaya kömək etmək lazım idi. Onun yaşamasına ümid çox az olsa da, həkimlər onu müalicə etməyə qərar verdilər.

Cəhhar Filip Çanq Volodiyanın bədənin 75 faizdən çox hissəsinin yandığını deyir. “O, çox ağır vəziyyətdə idi. O buraya gələndə onun bədənində həyat üçün xeyli təhlükəli infeksiyalar var idi. Altı ay ərzində bədəninin yanmış hissələrini dəri ilə örtmək üçün 0 cərahiyyə əməliyyatı aparıldı.”

Doktor Gennadi Fuzaylov Özbəkistanda anadan olub. Lakin təhsilini Birləşmiş Ştatlarda alıb. Volodiyanın müalicə olunması üçün Bostona gəlməsinə yardım edib. O, Volodya xəstəxanaya gələndə bədənində yeganə yanmayan yerin burnu olduğunu deyir. “Mən yaxınlaşıb onun burnuna əl vuranda, o gözlərini açırdı. Kimsə onunla danışmağa çalışanda, o, Gennadini çağırın deyirdi. Mən də gəlib onun burnuna əl vurur, onunla zarafat edirdim.”

Doktor Fuzaylov deyir ki, hətta o belə bəzən bu uşağın sağalmasına inanmırdı. Bütün bunlara baxmayaraq, Volodya təslim olmadı. “Burada genlərin klonlaşdırılması gərək idi ki, bu uşaqda bunu etmək mümkün oldu. Ukrayna belə oğullar yetişdirməlidir, çünki Volodyanın genləri dəmirdəndir. O, doğrudan da dözümlüdür. Siz bu uşaqla söhbət etsəniz, onun balaca olmasına baxmayaraq. Böyüklər kimi söhbət etdiyini görərsiniz."

Əməliyyatlardan bir neçə ay sonra Volodya yenidən velosiped sürməyə başladı. Onun üzü yenidən gülməyə başladı.

Volodiyaya bir neçə əməliyyat da olunmalıdır və o yenidən Şrayner xəstəxanasına qayıtmalıdır. Lakin həkimlərin fikrincə hazırda o, evə dönməli, ailəsi və dostları ilə görüşməlidir.

XS
SM
MD
LG