Accessibility links

Ukraynada şaxtada partlayış nəticəsində 18 nəfər həlak olub


Ukraynada şaxtada partlayış nəticəsində 18 nəfər həlak olub
Ukraynada şaxtada partlayış nəticəsində 18 nəfər həlak olub

Ukraynanın Fövqəladə Hallar nazirliyi cümə günü ölkənin şərqində daş-kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb. Prezident Viktor Yanukoviç hadisə qurbanlarının ailə üzvlərilə görüşmək üçün şaxtanın yerləşdiyi Luqansk bölgəsinə səfər edib. Cənab Yanukoviç 18 nəfərin ölümü, üç adamın xəsarıt alması və doqquz nəfərin itkin düşməsilə nəticələnmiş partlayışın səbəblərini araşdırmaq üçün hökumət komissiyasının yaradıldığını bildirib. Xəbər agentliklərik regionun rəsmilərinə istinadən partlayışa metan qazının səbəb lduğu haqda məlumat verir. Ukraynanın daş-kömür mədənləri köhnə avadanlığa görə dünyanın ən təhlükəli şaxtaları hesab edilir.

XS
SM
MD
LG