Accessibility links

Ukraynada 36 mədən işçisinin ölümülə əlaqədar matəm elan edilib


Ukraynada 36 mədən işçisinin ölümülə əlaqədar matəm elan edilib
Ukraynada 36 mədən işçisinin ölümülə əlaqədar matəm elan edilib

Ukraynanın şərq bölgəsində iki mədəndə qəza nəticəsində 37 mədən işçisinin ölümülə bağlı bazar günü matəm elan edilib. Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə 2007-ci ildən ən böyük mədən qəzasında həlak olanlar dəfn edildiyi zaman dövlət bayraqlarının yarıya endirilməsi haqda əmr verib. Rəsmilər iki obyektdən şaxtaçıların cəsədlərinin çıxarıldığını bildirir. Qəzalardan biri Luqanskda metan qazının partlaması nəticəsində baş verib. 26 mədən işçisi həlak olub. Donetsk regionunda baş vermiş digər qəza zamanı isə lift şaxtanın dibinə düşüb, hadisə nəticəsində 11 mədənçi ölüb. Cənab Yanukoviç hadisələri araşdırmaq üçün dövlət komissiyasının yaradılmasına çağırıb.

XS
SM
MD
LG