Accessibility links

NATO Rusiya ordusunun Ukrayna sərhədlərində qalmaqda davam etdiyini deyir [Video]


Ukrayna prezidenti Petro Poroşenkonun bazar ertəsi atəşkəsin sona çatdığını deməsindən sonra ölkənin şərqindəki Rusiya tərəfdarı separatçılarla gərginlik daha da artıb. Atəşkəsin qüvvədə olduğu vaxt belə, bölgədə sülhdən əsər-əlamət yox idi.

Döyüşlərin səhnə olduğu Ukraynanın şərqi Slavyansk şəhərinin sakinləri günahı Kiyevin üzərinə atır.

Slavyansk sakini Lyudmila: “Hanı barışıq? Bu barışıqdırmı? Poroşenko və onun yeni hökuməti baş verənləri, insanların öldüyünü görmürmü?"

Lakin atəşkəsə başlanmazdan əvvəl NATO generalı Filip Brislav Rusiyanın atəşkəsə əməl edəcəyinə şünhə ilə yanaşmışdı. “Biz münaqişənin davam etdiyini, şərq sərhədlərində münaqişəyə dəstək görürük. Hələ ki biz heç bir dəyişiklik görmürük və buna görə də ehtiyatlı olmalıyıq.”

NATO generalı Filip Bridlav deyir ki, Rusiyanın yeddi batalyonu və kiçik hərbi dəstələri hələ də Ukrayna sərhədlərində qalmaqda davam edir “Sərhəd boyu müxtəlif tipli və müxtəlif qabiliyyətli qüvvə var." - deyə, general bildirir.

Cəmi bir neçə həftə əvvəl NATO peyk vasitəsilə çəkilən şəkilləri nümayiş etdirmişdi. Bu şəkillərdə Rusiyanın 10 tankının Ukrayna sərhədindən 75 km məsafədə olduğu, 3 tankının isə artıq sərhədi keçdiyi görünür.

General Bridlav Ukraynanın hərbi vertolyotunu vurmaq üçün Rusiya silahlarından istifadə edildiyini də istisna etmir. General Rusiya qeyri-adi hərbiçilərinin Ukraynanın şərqində çox fəal olduğu barədə də xəbərdarlıq edir.

XS
SM
MD
LG