Accessibility links

Ukrayna daxili işlər naziri Arsen Avakov bildirdiyinə görə, cənub liman şəhəri Odessada onlarla insanın ölümü ilə nəticələnən zorakılıqlardan sonra bölgəyə xüsusi təyinatlı hərbi qüvvə göndərilib. Nazir həftə sonu Rusiya tərəfdarı separatçıların qarşısını ala bilməyən
Odessa polisinin işini ağlasığmaz uğursuzluq adlandırıb.

Rusiya tərəfdarlarının üsyanını yatırmaq üçün bölgəyə göndərilən Ukraya ordusu ilə Slovyansk şəhəri yaxınlığında hələ də döyüşlərin getdiyi deyilir. Reuters xəbər agentliyinin müxbiri döyüşlərin şəhərə yaxınlaşdığını bildirib.

Ruslar, tatarlar, gürcülər, ukraynalılar və digər millətlərin yaşadığı Odessada hadisələr Kiyev üçün dönüş nöqtəsi ola bilər.


Bu arada, Ukraynanın Slovyansk şəhərində hökumət qüvvələri ilə separatistlər arasında atışma gedir. 6 nəfər həlak olub, 100-ə yaxın adam yaralanıb.

Rusiyanın İnterfaks xəbər agentliyi isə 20-dən artıq adamın həlak olduğunu bildirib.

Bu gün Ukraynanın daha bir vertolyotu Slovyanskda vurulub. Lakin pilotların sağ qaldığı deyilir.

Pulemyotla vurulan vertolyot çaya düşüb.


XS
SM
MD
LG