Accessibility links

Rusiya tərəfdarı separatçılar Ukraynanın hərbi vertolyotunu vurub. Nəticədə vertolyotda biri general olmaqla, 14 hərbiçi ölüb.

Ukrayna prezidenti vəzifəsini icra edən Oleksandr Turçinov bu gün parlamentdə çıxışı zamanı separatçıları terrorçu adlandıraraq, vertolyotun Slavyansk şəhəri yaxınlığında raketlə vurulduğunu deyib.

Bu gün səhər tezdən separatçıların lideri bazar ertəsindən bəri itkin düşən dörd Avropa müşahidəçisinin onun qrupu tərəfindən saxlandığını bildirib. Özünü "Slavyansk xalqının meri" adlandıran Vyaçeslav Ponomaryov müşahidəçilərin yaxşı vəziyyətdə olduqlarını və yaxın zamanda azad ediləcəklərini deyib.

Ponomaryov deyib ki, o, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müşahidəçilərin həmin bölgədə səyahət etməmələri barədə xəbərdarlıq etmişdi, lakin onun dediklərinə məhəl qoyulmadı.

ATƏT 11 nəfərdən ibarət digər müşahidəçi qrupunun da çərşənbə günü eyni bölgədə saxlandığını və sonradan azad edildiyini bildirib.
XS
SM
MD
LG