Accessibility links

Petro Poroşenko təmas xəttinə səfər edib


Ukrayna prezidenti Petro Poroşenko bu gün ölkənin cənub-şərqində liman şəhəri olan Mariupola, hökumət qüvvələrinin Rusiya tərəfdarı separatçılarla təmas xəttinə gedib.

Səfərindən öncə cənab Poroşenko Twitter vasitəsilə bildirib ki, Ukrayna torpaqları olan bu şəhər heç kəsə güzəştə gedilməyəcək. Reuters-in məlumatına görə, o, şəhərin müdafiəsinin raketatanlar, tanklar və havadan müşayiət olunmasına göstəriş verdiyini deyib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Ukrayna hökuməti ilə Rusiyapərəst separatçılar arasında atəşkəsə əsasən riayət olunur. Lakin qumbara hücumları və atışmalardan bir gün sonra atəşkəsin kövrək olduğuna dair işarələr qalır.

Bazar günü Mariupol və Donetsk şəhərlərində bir nəfərin ölümü ilə nəticələnən döyüşlərdən sonra ciddi atışmaların qeidə alınmadığı bildirilir.

Ukraynadakı üsyançılara dəstək verdiyinə görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edən Avropa Şurası bu gün sanksiyalardan ibarət daha bir paket həyata keçirmək qərarına gəlib.

Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Rusiya Qərbin onun enerji və ya maliyyə sektoruna qarşı həyata keçirdiyi hər hansı yeni sanksiyasına "assimmetrik" cavab verəcək.

Medvedev Rusiya hava hüdudlarının uçuşlara bağlana biləcəyini deyib. Onun sözlərinə görə əgər onlara Rusiya üzərindən uçmağa icazə verilməsə bir çox Qərb şirkətləri müflis ola bilər.

XS
SM
MD
LG