Accessibility links

Ukrayna prezidenti xəstəlik səbəbi ilə məzuniyyətə çıxıb


Ukrayna prezidenti xəstəlik səbəbi ilə məzuniyyətə çıxıb. 63 yaşlı Viktor Yanukoviçin tənəffüs orqanları xəstəliyi yüksək hərarətlə müşayiət edilir.

Son iki ayda keçirilən etiraz aksiyaları zamanı həbs edilənlərin əvfi ilə ilə bağlı qanununun qəbul edilməsinə baxmayaraq, müxalifət hökumətə qarşı nümayişləri davam etdirəcəyinə and içib.

Parlament bu qanunun çərşənbə günü gecə yarısı, hökumətə qarşı qüvvələrin ələ keçirdikləri hökumət binalarını boşaldacağı təqdirdə həyata keçəcəyini bildirib. Müxalifət lideri isə belə bir təkilfə qarşı çıxaraq, etirazçılara bunun qəbuledilməz olduğunu deyib.
XS
SM
MD
LG