Accessibility links

Ukrayna polisi Meydanı mühasirəyə alıb [VİDEO]


Anti-government protesters clash with riot police in Independence Square, the epicenter of the country's current unrest, Kyiv, Ukraine, Feb. 18, 2014.

Anti-government protesters clash with riot police in Independence Square, the epicenter of the country's current unrest, Kyiv, Ukraine, Feb. 18, 2014.

Ukrayna iğtişaş polisi Kiyevin mərkəzindəki meydanı hökumət əleydarı nümayişçilərin təmizləmək üçün keçirilən əməliyyat zamanıa etirazçılara qarşı təzyiqli sudan istifadə edib.

Nümayişçilər Meydanı mühasirəyə almış polisə daş və Molotov kokteyli atıb. Onlar həmçinin polisin meydana daxil olmasına mane törətmək məqsədilə maşın təkərləri və taxta yandırıblar.

Bundan öncə polis və Ukrayna parlament binasına yürüş keçirən etirazçılar arasında qarşıdurma 9 adamın ölümülə nəticələnib.




Şahidlərin dediyinə görə, etirazçılar yolu kəsən polisi daşa basdıqdan sonra polis onlara qarşı rezin güllələrdən və tüstülü bombalardan istifadə edib.

Polisə istinadən yeddi mülki vətəndaşın və iki polis işçisinin güllə yarasından öldüyü bildirilir.

Toqquşma polisin parlament binası istiqamətində hərəkət edən nümayişçilərin qarşısını almağa çalışdığı zaman baş verib.

Müxalifət lideri Vitali Kliçko iğtişaş polisinin nümayişçilərin düşərgəsini dağıtmağa başlamaslndan öncə qadın və uşaqları meydandan çıxmağa çağırıb.

Prezident Viktor Yanukoviç əleyhinə ölkə boyu kütləvi etiraz aksiyaları keçən ilin noyabr ayında onun Rusiya ilə yaxınlaşmaq üçün Avropa İttifaqı ilə ticarət razılığını imzalamamasından sonra həftələrdir davam edir.

Bazar ertəsi Rusiya Ukraynanın tənəzzüldə olan iqtisadiyyatına yardım məqsədilə daha 2 milyard dollar verəcəyini bəyan edib. Bu, Ukrayna prezidenti Viktor Yanukoviçin vəzifədə qala bilməsi üçün atılan bir addım kimi qiymətləndirilir.
XS
SM
MD
LG