Accessibility links

Rusiya bayraqları altında zirehli maşınların Ukraynanın Rusiya sərhədi yaxınlığındakı Slavyansk şəhərinə daxil olduğu bildirilir.

Bəzi hərbçilər artıq bir neçə şəhərdə hökumət binalarını ələ keçirən Rusiya tərəfdarlarına qoşulan Ukrayna hərbçiləri olduqlarını iddia edir.

Bu arada, Ukraynadan ayrılıb Rusiyaya birləşməyi tələb edən silahlı şəxslərin Donetsk şəhərinin merinin ofisi və şəhər bələdiyyəsinin binasını ələ keçirdiyi haqda xəbər verilir.

Çərşənbə axşamı Ukrayna hökuməti nümayişçilər tərəfindən ələ keçirilən hökumət binalarını geri almaq üçün anti-terror əməliyyatı keçirib. Atışma və ya xəsarət barədə müxtəlif məlumatlar verilir.

Kremlin bildirdiyinə görə, çərşənbə axşamı Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynada böhranın ölkəni vətəndaş müharibəsinə sürüklədiyini deyib.
XS
SM
MD
LG