Accessibility links

Ukrayna köçkünləri evlərinə dönmək ümidi ilə yaşayırlar [Video]


Ukrayna köçkünləri evlərinə dönmək ümidi ilə yaşayırlar
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Ukrayna köçkünləri evlərinə dönmək ümidi ilə yaşayırlar

Rusiyanın təcavüzü nəticəsində Ukraynanın şərqində baş verənlər yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub. Onların çoxu şərqin hökumətin nəzarətindəki bölgəsinə qaçıb.

Bu məhəllədəki kiçik bina hazırda qaçqınların sığınacağına çevrilib. Beynəlxalq terminologiyada “daxili köçkünlər” adlandırılsalar da, onlar özlərini "qaçqın" adlandırır.

Pavel protestant keşişdir. O, Donetsk şəhərindən münaqişə başlayan kimi qaçıb. “Mən şəhəri iyun ayının sonunda tərk etdim, çünki vəziyyət çox ağır idi. Danışmaq çətin və qorxulu idi. Mənim həyatım təhlükədə idi.”

Bu insanlar bir il əvvəl, Ukrayna inqilabına qədər kiçik şəhərlərdə və kəndlərdə sadə həyat sürürdü. Bundan az sonra Rusiya prezidenti Vladimir Putin Rusiya mədəniyyəti və ənənələrinə zidd olaraq, Ukraynanın qərbə doğru yönəldiyini deyərək, ölkənin şərqində üsyan qaldırdı.

Rusdilli olmalarına baxmayaraq, həmin bölgədə yaşayan insanların həyatı alt-üst oldu. Onların çoxu qadındır. Kilsə işçisi Nadejda: “Dünən mən 90 yaşlı anamı buraya gətirməli oldum, çünki bütün gecə bomba yağırdı. Axşam saat 10-da isə bizim evin pəncərəsinin qarşısına düşdü və hər şey darmadağın oldu.”

“Mən partlayışları görürdüm, bombaları görürdüm. Mən gecə yatmağa qorxurdum, Mən qorxurdum ki, yatsam ev partlaya bilər,” deyə, Qalina adlı qadın bildirir.

Müharibə ucbatından ümidsiz qalanlar arasında uşaqlar da var ki, onlar da yeni cəmiyyətə, yeni məktəbə uyğunlaşmaq məcburiyyətində qalır. Onlar arxada qoyduqları dostları və ailə üzvləri üçün darıxır.

“Mən Avdiyevkada qalan dostlarımla vaxtaşırı əlaqə saxlayıram, Əlbəttə mümkün qədər, çünki orada elekrik olmadığna görə, telefon da işləmir. Dostlarım deyir ki, orada hər gün bomba hücumları olur,” deyə, Anya adlı qız bildirir.

Burada, nisbətən təhlükəsiz olan Artyomivskdə onlara qış paltarları gətirilir və onlar yeni dostları ilə münasibət qurmağa çalışır. Qalina deyir ki, onlar əyinlərində olan paltarla qaçdıqları üçün ərzaq və paltarla təmin edilir.

Musiqi müəlliməsi Olqa isə “Uşaqlar məktəbə gedir və musiqi ilə də məşğul olmağa çalışır. Biz orada qoyduğumuz həyatı az da olsa burada qurmağa çalışırıq,” deyir.

Lakin bu qaçqınlar Rusiya ordusunun dəstəklədiyi və silahla təmin etdiyi üsyançıların onları buradan da qovmaq qorxusu ilə yaşayırlar. Kilsədə işləyən Nadejda üsyançıların buraya da gəlib onun xalqını, torpağını məhv edəcəyini təsəvvür etmək belə istəmədiyini deyir.

Bu insanlar nə vaxtsa evlərinə dönmək ümidi ilə yaşayırlar. Lakin keçən həftənin şənbə günü sülh danışıqları cəmi bir neçə saatdan sonra pozuldu. Hər iki tərəf mövqeyində möhkəm dayanıb. Qərbə Ukraynanı silahla təmin etmək təzyiqləri də artır. Qaçqınlar isə çox güman ki, hələ bir müddət burada qalacaq.

XS
SM
MD
LG