Accessibility links

Ukrayna prezidenti Petro Poroşenko hakim koalisiya partiyasının dağılmasından sonra parlamenti buraxaraq, növbədənkənar seçkilərə çağırıb.

Poroşenko bildirib ki, onun qərarı konstitusiyaya uyğundur və yeni seçkilər oktyabrın 26-da keçiriləcək.

Ukraynanın dövlət başçısı ötən həftə hər bir qərarın Ukrayna xalqının iradəsinə uyğun şəkildə qəbul edilməlidir.

Bu arada Ukraynadan alınan məlumatda deylir ki, Rusiya sərhədi yaxınlığında hökumət qüvvələri ilə zirehli maşınlardakı separatçılar arasında atışma olub. Ordu zirehli maşın karvanının bu gün Azov dənizi yaxınlığında saxlandığını bildirib.

Fransa xəbər agentliyinin Ukrayna rəsmilərinə istinadən bildirdiyinə görə, zirehli maşın karvanı ölkəyə Rusiyadan daxil olub. Lakin məlumatı təsdiq edən olmayıb.

Bu arada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi deyib ki, Moskva Ukraynanın şərqinə daha bir humanitar yardım karvanı göndərmək fikrindədir. Cənab Lavrov əlavə yardımla bağlı məlumatın artıq Kiyevə bazar günü ötürüldüyünü bildirib.

XS
SM
MD
LG