Accessibility links

Şərqdə Ukrayna hərbi qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasındakı döyüşlər zamanı azı 8 Ukrayna əsgərinin öldüyü, 17-nin yaralandığı bildirilir.

Ukrayna Müdafiə Nazirliyinin bildirdiyinə görə, döyüşlərə bu gün separatçıların Donetsk vilayətindəki hərbi nəzarət məntəqəsini qumbara və minomyotlardan atəşə tutmasından sonra başlanıb. Luqansk regionunda da separatçılar tərəfindən həyata keçirilən hücumlar zamanı bir əsgər ölüb, ikisi isə yaralanıb.

NATO başçısı Anders Foq Rasmussen Ukrayna sərhədindəki Rusiya ordusunda fəaliyyətə başlandığını və yəqin ki, hərbi qüvvələrin sərhədlərdən çəkilməyə hazırlaşdıqlarını deyib.
XS
SM
MD
LG