Accessibility links

Ukraynanın şərqində döyüşlər gedir


Ukraynanın bildirdiyinə görə, ölkənin şərqində hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında iki gündür gedən döyüşlər zamanı azı 8 nəfər ölüb.

Tərəflər bir-birini ittiham etsə də, Ukrayna hökuməti son günlər baş verən zorakılıqların bazar günü üsyançıların nəzarətindəki Donetsk və Rusiya ilə sərhəddəki digər ərazilər daxil olmaqla, ölkənin şərqindəki bir neçə rusdilli bölgədə baş qaldırdığını deyib.


Kiyev üsyançıları döyüşlər zamanı tanklar və Qrad qumbaraatan qurğularından istifadə etməkdə ittiham edib. Regionda tələfatların ciddi şəkildə azalmasına gətirib çıxarmış 2015-ci il razılığının şərtlərinə əsasən, Qrad tipli ağır tipli silahlardan istifadəyə qadağa qoyulub.

Kiyevdən Donestkin muxtariyyatını tələb edən üsyançı liderlər mülki infrastruktura böyük zərər dəydiyini, bir neçə ucqar kənddə elektrik və suyun kəsildiyini bildirib.

Avropa İttifaqı çərşənbə axşamı şərqi Ukraynadakı toqquşmaları pislyərək baş verənləri Minsk atəşkəsinin "kobud şəkildə pozulması" kimi dəyərləndirib.

"Ağır artilleriya atəşləri və kütləvi itkilərlə müşayiət edilən Avdiivka ətrafında cərəyan edən intensiv döyüşlər Minsk razılaşmalarında nəzərdə tutulmuş atəşkəsin kobud şəkildə pozulmasıdır," Avropa İttifaqının bəyanatında qeyd olunur.

XS
SM
MD
LG