Accessibility links

Rusiya Ukraynanın şərqinə hərbi texnika göndərir


Ukrayna Rusiyanın Kremlin dəstəklədiyi şərq bölgəsinə onlarla tank, ağır artilleriya, silah-sursat və əsgəri qüvvə göndərdiyini bildirib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenkonun televiziya brifinqi zamanı dediyinə görə, cümə axşamı Ukraynanın Rusiyapərəst separatçıların nəzarətində olan bölgəsinə Rusiyadan azı 32 tank, silah və sursatla dolu 30 yük maşını, 16 Hovitzer artilleriya qurğusu və hərbi qüvvə keçib.

Cənab Lısenko əlavə edib ki, son 24 saat ərzində döyüşlər zamanı beş Ukrayna əsgəri ölüb, onlarla əsgər yaralanıb.

Ukrayna və Qərb Moskvanı Donetsk və Luhansk separatçı bölgələrini silah və hərbi qüvvələrlə təmin etməkdə günahlandırır. Rusiya isə aprel ayından bəri davam edən və 4000 insanın həyatına son qoyan böhranda əli olduğunu inkar edir.

XS
SM
MD
LG