Accessibility links

Ukrayna Rusiyanın Qara dəniz donanmasına Sevastopolda daha çox qalmasına razılıq verib


Ukrayna Rusiyanın Qara dəniz donanmasına Sevastopolda daha çox qalmasına razılıq verib

Ukrayna Rusiyanın Qara dəniz donanmasına Sevastopolda daha çox qalmasına razılıq verib

Ukrayna təbii qazın qiymətinin azaldılması müqabilində Rusiyanın hərbi dəniz donanmasının Qara dənizdə qalması üçün müddətiuzatmağa razı olub

Ukrayna Moskvanın ölkəyə nəql edilən təbii qazın qiymətinin azaldılması müqabilində Rusiyanın Qara dənizdə hərbi dəniz donanmasının istifadə etdiyi bazanın icarə müddətini uzatmağa razı olub.

Hərbi baza və qazın nəqli ilə bağlı bu açıqlamalar bu gün Ukrayna prezidenti Viktor Yanukoviç və Rusiya prezidenti Dmitri Medvedev arasında Xarkovda keçirilən görüşdən sonra elan edilib.

Bu razılaşmalar fevral ayında cənab Yanukoviçin prezident seçilməsindən sonra Rusiya və Ukrayna arasında münasibətlərin yaxınlaşmasına ən böyk işarə kimi qiymətləndirilir.

Razılaşmalardan birində Rusiyanın Ukraynanın Sevastopol limanında Qara dəniz donanması üçün bazanın icarə müddətini daha 25 il qədər uzadılmasına çağırılır. Rusiyanın hazırkı razılığa əsasən bazadan istifadə müddəti 2017-ci ilə qədərdir.

XS
SM
MD
LG