Ukraynanın Baş naziri Mikola Azarov Moksvada Rusiyanın Baş naziri Vladimir Putinlə Ukraynanın qaz müqavilələrinə dair danışıqlarda tərəfləri razı salacaq həll yolunun tapılacağına ümid bəslədiyini bildirib. İqtisadi əməkdaşlığa dair Ukrayna-Rusiya hökumətlərarası komissiyanın iclasında danışan cənab Azarov deyib ki, Ukrayna hazırkı bazar qiytmətlərinə əsaslanan razılığın qeyri-real və iqtisadiyyat üçün ağır yük olduğuna inanır. O habelə qeyd edib ki, Ukrayna Avropa ölkələri üçün Rusiya qazının ən böyük alıcısı və tranzit agentidir və təbii qazın çatdırılmasına görə ödənişləri vaxtında edir.