Accessibility links

Ukrayna Rusiya ilə qaza dair yeni razılaşma əldə etməyə çalışır

  • Amerikanın səsi

Ukrayna Rusiya ilə qaza dair yeni razılaşma əldə etməyə çalışır

Ukrayna Rusiya ilə qaza dair yeni razılaşma əldə etməyə çalışır

Ukrayna bildirir ki, müqavilələri ləğv edəcək dövlət enerji şirkətində struktur dəyişikliyi planlarına görə, Rusiya ilə təbii qazın qiymətinə dair yeni müqavilə əldə edilməlidir. Ukraynanın Baş naziri Mikola Azarov bu gün bildirib ki, Rusiyanın Qazprom şirkəti ilə 10 il müddətinə razılıq imzalamış Naftoqazın əsasında bir neçə müxtəlif şirkət yaradılacaq və buna görə bütün əvvəlki razılaşmalara yenidən baxılacaq. Cənab Azarov bildirib ki, onun hökuməti Rusiya ilə daha bir uzunmüddətli razılıq əldə etməyə çalışacaq. Onun sözlərinə görə, bu baş verməsə, bunun məsuliyyəti Kiyevin dəlillərini dinləmək istəməyən liderlərin üzərinə düşəcək. Baş nazir Azarov bu açıqlamaları Ukraynanı güzəştlər tələb edib əvəzində heç heç bir təklif etməməkdə günahlandıran Rusiya prezidenti Dmitri Medvedevin tənqidlərinə cavab olaraq verib.

XS
SM
MD
LG