Accessibility links

Ukrayna Rusiya ilə qaza dair müqavilədən geri çəkilir


Ukrayna Rusiya ilə qaza dair müqavilədən geri çəkilir

Ukrayna Rusiya ilə qaza dair müqavilədən geri çəkilir

Rusiya öz növbəsində, Ukraynanı tamamilə ötərək, Azərbaycandan əlavə təbii qaz ehtiyatlarını özünə təmin edə bilib

Ukrayna Rusiya ilə təbii qaza dair 10 il müddətinə müqavilədən geri çəkilərək, razılığın olduqca bahalı və qeyri-sabit olduğunu bildirib. Ukraynanın baş naziri Mikola Azarov deyib ki, onun hökuməti qiymətləri aşağı salmağın yollarını arayacaq.

Lakin onun sözlərinə görə, Rusiya qazını Avropaya nəql edən ən başlıca ölkə olan Ukrayna Moskvanı yeni razılıqla bağlı şantaj etməyəcək.

Rusiya öz növbəsində, Ukraynanı tamamilə ötərək, Azərbaycandan əlavə təbii qaz ehtiyatlarını özünə təmin edə bilib. Qazpromun baş icraçı direktoru Aleksey Miller deyib ki, şirkət Avropaya qazı inşa ediləcək Cənub Axını kəməri vasitəsilə nəql edəcək.

Bu arada, Avropa Birliyi Azərbaycanla öz razılaşmalarını əldə etməyə və ehtiyatların Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə nəql edilməsinə çalışır.

XS
SM
MD
LG