Accessibility links

Ukrayna Rusiyanın Kiyevə satdığı qazın qiymətini 20 faiz azaldıılması barədə təklifini rədd edib. Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu gün keçirilən yığıncaqda deyib ki, qazın min kub-metri üçün 100 dollar endirimə görə Ukrayna ilə yenidən razılığın imzalanmasına ehtiyac yoxdur.

2009-cu ildə imzalanan hazırkı razılığa əsasən Rusiyanın Ukraynaya satdığı hər min kub-metr qazın qiyməti 485 dollardır. Bu gün Brüsseldə bir neçə milyard dollar enerji borcu olan Ukrayna ilə Rusiya arasında danışıqlar gedir.

Rusiya Ukraynaya qaz ixracını dayandıracağı ilə hədələyir. Bu isə Avropanın digər bölgələrinə təchizata öz təsirini göstərə bilər.
XS
SM
MD
LG