Accessibility links

Təhlil: Qərbin Rusiya narahatlığı


Rusiyanın hərbi vəziyyəti Birləşmiş Ştatlar və NATO-nun narahatlıqlarını artırmağa davam edir. Dünən ABŞ Rusiyanı Ukrayna ilə sərhədə minlərlə əsgər və ağır artileriya yerləşdirməsini sərt tənqid edib.

Ukraynanın şərqindəki Slovyansk şəhərində işçilər döyüşlər nəticəsində zərər görmüş yerləri təmir edir. Regiona səfəri zamanı ölkənin baş naziri Arseniy Yatsenyuk şəhəri bu ayın əvvəlinə kimi nəzarətində saxlayan rusiyapərəst separatçıları ittiham edib.

“Onlar burada hərbi münaqişə yaradıblar. Vampir kimidirlər, pulu biz sorur və öz adamlarımızı öldürürlər”.

İndi isə ABŞ müdafiə rəsmiləri narahatdırlar ki, Rusiyanın hərbi vəziyyəti daha gərgin münaqişənin qarşıda olduğunun xəbərçisidir.

“Hazırda ən narahatedici fakt əlavə qüvvələrin orada olmasıdır.”

Pentaqon sözçüsü polkovnik Stiv Vorren deyir ki, Rusiyanın hazırda Ukrayna ilə sərhəddə 10-12 min əsgəri var. Bu rəqəm keçən aykı saydan 1000 nəfər çoxdur.

“Bizim əlimizdə əsas var ki, Ukrayna ilə sərhədə daha çox silahın gətiriləcəyini söyləyək.”

NATO rəsmiləri Amerikanın Səsinə bildirib ki, Rusiyanın təkmilləşdirilmiş silahlarının separatçılara göndərilməsi sürətlənir və məlum olub ki, Moskva separatçı qüvvələrə təlimlərə keçir.

Atlantik Şuradan Yorge Benitezin sözlərinə görə, artan sanksiyalara baxmayaraq Rusiya davranışı dəyişməməsi göstərir ki, prezident Vladimir Putin hələ imkanlarının böyük olduğunu göstərir.

“ABŞın 16 trilyon, Avropa Birliyinin 12 trilyon dollarlıq iqtisadiyyatı var və biz 2 trilyon dollarlıq qaz yatağı olan Rusiya iqtisadiyyatını itirə bilmərik”.

ABŞ hərbi rəsmiləri deyir ki, Ukrayna yaxınlığında çoxalan Rusiya qüvvələrinin hər iki tərəfdə əməliyyatlar aparmaq iqtidarında olduğu aydın görünür.

XS
SM
MD
LG