Accessibility links

Ukrayna Rusiya tərəfdarı separatçılara qarşı yeni hərbi əməliyyatlara başlayıb [Fotoqalereya]


Ukrayna hərbi qüvvləri birtərəfli atəşkəsin müddətinin bitməsindən bir neçə saat sonra ölkənin şərqində Rusiya tərəfdarı separatçılara qarşı hərbi əməliyyatların başladığını bildirib.

Ukrayna hökuməti hərbi qüvvələrin Rusiya ilə səhərddə separatçıların ələ keçirdiyi yoxlama məntəqələrindən birinin nəzarətini ələ aldığını bəyan edib. Ukrayna prezidenti Petro Poroşenkonun idarəsi hökumət qüvvələrini Doljanski yoxlama məntəqəsinə nəzarətin qaytarılması ilə bağlı təbrik edərək, bunun terrorçulara qarşı əməliyyat başlayandan ilk qələbə adlandırıb.

ABŞ və Avropa müttəfiqləri Rusiyanı Ukraynanın şərqində separatçıları silahlandırmaqda günahlandırıb. Rusiya prezidenti Vladimir Putin isə döyüşlərin yenidən başlamasında cənab Poroşenkonu ittiham edib.

Bazar ertəsi gecə başa çatan kövrək atəşkəsin məqsədi separatçıların tərksilah edilməsi, onlara amnistiya verilməsi və regional seçkilərlə bağlı danışıqların aparılması üçün bir imkan hesab edilirdi. Lakin iyun ayının 20-dən bəri üsyançılar silahı yerə qoymayıb və Kiyev hökuməti atəşkəsin dəfələrlə pozulması hallarının olduğunu bildirib.

Ukraynanın paytaxtında isə insanlar küçələrə çıxaraq, prezident Poroşenkonun qərarına dəstək bildirib.

XS
SM
MD
LG