Accessibility links

Üsyançıların nəzarətindəki Slavyansk şəhərini geri aldıqdan bir gün sonra Ukrayna qüvvələri Rusiya ilə sərhəddəki separatçılara qarşı hücumları gücləndirib. Rəsmilərin dediyinə görə, ordu separatçıların istinadgahı olan Donetsk şəhəri ilə Slavyansk arasındakı dörd kiçik şəhərin nəzarətini də geri alıb.

Üsyançıların lideri Slavyanskda böyük itkilər verildiyini deyib. Ukrayna rəsmiləri isə minomyot və tanklara qarşı raketlər də daxil olmaqla, üsyançıların böyük silah arsenalının ələ keçirildiyini bildirib.

Qərb və regional medianın bildirdiyinə görə, güclü silahlanmış üsyançılar Donetskdə azad hərəkət edir.

XS
SM
MD
LG