Accessibility links

Ukraynanın həbsxanada olan müxalifət lideri Yuliya Timoşenko Kiyevdə hökumətə qarşı nümayişlərin davam etdiyi bir vaxt polisin onun partiyasının baş qərargahına hücum etdiyini bildirib.

Müxalifət sözçüsünün bildirdiyinə görə, bu gün təhlükəsizlik qüvvələri "Batkivşina" partiyasının yerləşdiyi binaya hücum edərək, qapıları sındırmış və kompüterləri aparmışlar. Polis bu məlumatı təkzib edib.

Bu gün eləcə də, yüzlərlə polisin bütün paytaxt boyu hazır vəziyyətə gətirildiyi, bəzi hökumət binaları ətrafında qurulmuş barrikadaları sökməyə başladıqları bildirilir. Polislə nümayişçilər arasında qarşıdurma olmadığı deyilir.
XS
SM
MD
LG