Accessibility links

Oleksandr Turçinov Ukraynada milli referendum keçirilməsinin əleyhinə deyil


Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov deyib ki, ölkənin gələcəyinə dair milli referendum keçirilməsinin əleyhinə deyil. Cənab Turçinov ukraynalıların çoxunun şərq bölgələrinə daha geniş hüquqlar verən bütöv və müstəqil Ukraynaya səs verəcəyinə əmin olduğunu bildirib. O, belə bir səsvermənin may ayının 25-i, prezident seçkiləri ilə eyni vaxtda keçirilə biləcəyini vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ukraynanın şərq bölgəsindəki rusdillilərın hazırlanacaq yeni konstitusiyanın bir hissəsi olmalı olduğunu deyib.

Ukraynanın bir neçə şəhərindəki hökumət binasını ələ keçirən və bu gün də Qorlivka şəhərində nəzarəti ələ alan rusiyapərəst nümayişçilər keçən ay Krımda olduğu kimi Ukraynadan ayrılıb Rusiyaya birləşmək üçün referendum keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG