Accessibility links

Ukrayna təhlükəsizlik xidməti Timoşenkoya qarşı yeni ittihamlar irəli sürüb

  • Amerikanın səsi

Ukrayna təhlükəsizlik xidməti Timoşenkoya qarşı yeni ittihamlar irəli sürüb

Ukrayna təhlükəsizlik xidməti Timoşenkoya qarşı yeni ittihamlar irəli sürüb

Ukraynanın dövlət təhlükəsizlik xidməti həsb edilmiş keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı korrupsiya ilə əlaqədar yeni ittihamlar irəli sürərək, onu hökumət fondlarından yüz milyonlarla dollar vəsaiti mənimsəməkdə ittiham edib.

Təhlükəsizlik xidməti agentliyi bildirib ki, xanım Timoşenkonun baş nazir olduğu müddətdə onun bir zamanlar rəhbəri olduğu enerji şirkətinin Rusiyaya 405 milyon dollar borcunu ödəyərkən hökumət fondlarından sui-istifadə etdiyinə dair şübhələr var.

Xanım Timoşenkonun 2009-cu ildə Rusiya ilə qaza dair opponentlərinin Moskva üçün olduqca əlverişli adlandırdıqları razılaşmanı imzalayarkən səlahiyyətlərindən sui-istifadə etdiyinə görə yeddi il həbs cəzasına məhkum olduqdan sonra irəli sürülrü. Onun vəkilləri məhkəmənin qərarını apellyasiya edəcəklərini bildirir. Yuliya Timoşenko məhkəmənin siyasi motivlərlə əlaqədar olduğunu deyərək qınayıb.

XS
SM
MD
LG