Accessibility links

Ukrayna kimi seçəcək-Qərb, yoxsa Moskva?


Avropa İttifaqı ilə Azad Ticarət və Assosiasiya razılığını imzalaması üçün Ukraynanın parlamenti ölkədə Avropa standartlarına uyğun qanunvericilik tətbiq etməlidir. Ukraynanın Avropameyilli sabiq prezidenti Viktor Yuşenko bunu Ukraynanın son imkanı adlandırır. "Bu imkan bizə artıq verilməyəcək. Seçki, hüquq-mühafizə sistemi, qanunun aliliyi ilə bağlı ikili standartlar, korrupsiya və digər problemlər daxil edilməklə, bir sıra çatışmazlılara malikik. Bu problemlərin yeganə həll yolu Avropaya yaxınlaşmaqdadır."

Avropa İttifaqı Ukraynada siyasi motivlərə əsaslanan təqib və təzyiqlərə son qoyulması, sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılmasını tələb edir. Avropa Məhkəməsinin Timoşenkonun ədalətsiz şəkildə mühakimə edildiyinə dair hökmünə baxmayaraq, sabiq baş nazir hələ də həbsdədir.

ABŞ-ın Ukraynadakı sabiq səfiri Steven Piferin dediyinə görə, Timoşenkonun azadlığa buraxılması olduqca mühümdür. "Timoşenko ilə bağlı heç bir iş görülməsə, məsələ çətinləşəcək. İnanmıram ki, Avropa İttifaqının üzvləri Ukrayna ilə azad ticarət sazişinin imzalanmasına razı olsun."

Bu arada, Ukraynanın orbitindən uzaqlaşmasını istəməyən Rusiya digər bir variant təklif edir. Gömrük İttifaqına üzvlük. Ukrayna bunun üçün heç bir öhdəlik götürməyəcək, Rusiya, Belarus və Qazaxlıstanla azad ticarət əlaqələrinə malik olmaqla yanaşı, Rusiyadan aşağı qiymətlə təbbi qaz alacaq.

Avqust ayında Rusiya Ukrayna mallarının idxalını dayandırıb. Bəzi məhsullar keyfiyyət standartlarını qarşılmadığı üçün artıq Rusiyada istehlak edilmir.

Vaşinqtonda yerləşən Peterson Institutunun eksperti Anders Asland bunu təzyiq forması kimi qiymətləndirir. "Rusiya Ukraynanın durumunun ağırlığını göstərmək istəyir. Son 4 kvartal ərzində Ukrayda Ümumdaxil Məhsul İstehsalı 1.2 faiz azalıb. Prezident Putin Ukraynanı diz çökməyə məcbur edir. "

Bunun nəticəsində Ukrayna qanunvericiləri Avropa İttifaqına üz tutaraq, təcili şəkildə hər bir tələbi qarşılayacaqlarını deyir. Rusiyanın hərəkətləri ittifaqın qəzəbinə yol açıb. İsveçin xarici işlər naziri Karl Bildt. "Son həftələr Rusiyanın tərəfdaş ölkələrə qarşı qəddar təzyiqinin şahidi oluruq. Uzun zamandır belə bir şey görməmişdik. Dünyanın diqqəti Suriyaya yönəldiyi üçün Rusiya hərəkətlərinin gözdən yayındığını düşünür. "

Rusiyanın Ukrayna üzərindəki nüfuzu ticarətlə kifayətlənmir. Bu ölkələr siyasi, dini və mətbuat bağlılığına malikdir.

Kennan Institutunun direktoru Matyu Rojanski hesab edir ki, Rusiyanın Ukraynaya təzyiqi onun azad ticarət razılığını imzalanmasından sonra da davam edəcək. "Razılıq imzalansa, Ukrayna iqtisadi artım müşahidə edilsə, xalqın Avropa ilə əlaqələri dərinləşsə belə Rusiya Ukraynaya dağıdıcı təsirindən əl çəkməyəcək."

Son rəy sorğularına görə ukraynalıların 41 faizi ölkələrinin Avropa İttifaqına, 31 faizi isə Gömrük İttifaqına üzvlüyünü dəstəkləyir.
XS
SM
MD
LG